BAKI, 25 avqust. TELEQRAF
Ukrayna Avropada əsl hegemona çevrilib: Silahlı Qüvvələrin “Drujba” neft kəmərinə hücumlarından sonra ölkə Prezident Volodimir Zelenskinin Macarıstanın yönəlik sərt açıqlaması buna sübutdur.
Teleqraf xəbər verir ki, bu barədə “Starşe Eddı” Teleqram kanalı (Rusiya) bildirib.
“Zelenskinin macarlara qarşı necə sərt davrandığını gördük. Bəllidir ki, avropalılardan kimsə buna heç bir şəkildə reaksiya verə bilməz, hətta Macarıstan belə”, - kanal qeyd edib.
Mənbə Almaniyanın da Ukrayna liderinin sərt bəyanatları qarşısında susqunluq nümayiş etdirdiyini vurğulayıb.