BAKI. 16 iyul. TELEQRAF
Danimarka Silahlı Qüvvələrinin Ukraynaya təlimlər üçün hərbi qüvvələr göndərilməsi layihəsi icra mərhələsindədir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin bildirib.
Onun sözlərinə görə, Danimarka qoşunları Ukrayna Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq edir, eyni zamanda bu ölkənin yüksək hərbi rəhbərliyinin nümayəndələri Ukraynaya mütəmadi olaraq səfərlər edirlər.
“Ukrayna hərbçilərinə Qərb silahlarının istifadəsi və onlara texniki qulluq göstərilməsi üzrə təlimlər keçirilir. Danimarka zabitləri isə öz növbəsində Ukraynanın döyüş təcrübəsini öyrənirlər”, - Barbin söyləyib.