BAKI, 9 iyul. TELEQRAF

Son günlər Qərbi Avropanı bürüyən güclü istilər nəticəsində 12 şəhərdə təxminən 2 300 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə İspaniyada temperatur 40°C-i keçib, Fransada isə meşə yanğınları baş verib.

Alimlər bildirir ki, ölənlərin təxminən 1 500-nün həyatı iqlim dəyişikliyi ilə bağlıdır.

Onların fikrincə, qlobal istiləşmə bu cür isti hava dalğalarını daha şiddətli və ölümcül edir.