BAKI, 28 iyun. TELEQRAF

Polşa xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidenti Vladimir Putinin orduya qəbuledilməz miqdarda vəsait xərcləməklə SSRİ lideri Leonid Brejnevin yolu ilə getdiyini deyib.

Teleqraf xəbər verir ki, bu barədə o, AFP-yə müsahibəsində bildirib.

“Putin SSRİ-nin hərbi xərclərə görə dağıldığını etiraf eləmişdi, amma özü eyni səhvi təkrarlayır ”, - Sikorski bildirib.

Diplomat qeyd edib ki, Rusiyanın hazırda üzləşdiyi vəziyyət SSRİ-nin o günlərini xatırladır.