BAKI, 7 iyun. TELEQRAF

“Rusiya tərəfinin Ukraynanın həlak olan hərbçilər və əsirlərin mübadiləsinə dair İstanbul razılaşmasını pozması ilə bağlı bəyanatları reallığa uyğun gəlmir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahının bəyanatında deyilir.

Qurum xatırladıb ki, son bir həftə ərzində hər iki tərəfdən qruplar iki istiqamətdə - həlak olan hərbçilərin cəsədlərinin repatriasiyası və əsirlərin dəyişdirilməsi istiqamətində iş aparır.

Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bundan əvvəl bəyan etmişdi ki, Kiyev gözlənilmədən cəsədlərin qəbulu və hərbi əsirlərin mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb.