BAKI, 24 may. TELEQRAF

Rusiya Ukraynada atəşkəslə bağlı "memorandum" çərçivəsində öz təkliflərini yaxın günlərdə Kiyevə təqdim edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov bəyan edib.

Onun sözlərinə görə, Rusiya təkliflərin hazırlanmasını başa çatdırmaq üzrədir: "Memorandum üzərində iş aparılır. Bəli, o, yekunlaşma mərhələsindədir. İkincisi, gözləyirəm ki, müvafiq təkliflər qarşı tərəfə yaxın günlərdə təqdim ediləcək. Məndə belə bir məlumat var".