BAKI, 16 may. TELEQRAF
Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu hər iki tərəfdən atəşkəsin mexanizmini anlamağa həsr olunacaq.
Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski deyib.
"Güman edirəm ki, gələcək raund məhz hər iki tərəfdən atəşkəsin mexanizmini anlamağa həsr olunacaq. Vəziyyətin və ya prosesin ümumi məxrəcə gəlib çıxacağını qabaqcadan söyləməyək. Lakin düşünürəm ki, bunun ehtimalı kifayət qədər yüksəkdir", - o bildirib.