BAKI, 23 aprel. TELEQRAF

Polşa xarici işlər naziri Radoslav Sikorski Çini Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səyləri artırmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, Kiyev və müttəfiqlərinin məqsədinin Ukraynada ədalətli və davamlı sülh olduğunu bildirib.

“İnanırıq ki, Çin dünya nizamına yeni dəyər qazandıra bilər, bunun üçün onun vasitələri var. Çin Vladimir Putinin Ukraynada müstəmləkəçilik müharibəsinə son qoya bilər”, - xarici işlər naziri vurğulayıb.