BAKI, 22 aprel. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin təklif etdiyi atəşkəs razılaşmasını ardıcıl olaraq rədd edir və müharibənin dayandırılması üçün vaxt çərçivəsi müəyyən etməkdən yayınır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, bütün bunlar Putinin müharibəni yaxın müddətdə sülh danışıqları yolu ilə bitirməkdə maraqlı olmadığını göstərir.
“Putinin ABŞ və Ukraynanın atəşkəs təkliflərini davamlı rədd etməsi Donald Trampın əvvəlcə atəşkəs əldə etmək, sonra sülh sazişi üzrə danışıqlara başlamaq məqsədinə ziddir”, - Amerika institutu əlavə edir.