BAKI, 17 aprel. TELEQRAF

Türkiyə Avropa İttifaqının (Aİ) üzvü olsaydı, Böyük Britaniya bu ittifaqdan çıxmazdı.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Əlli ildir eyni vəziyyətdəyik. Türkiyə Aİ-nin üzvü olsaydı, Breksit (Böyük Britaniyanın Aİ-dən çıxması – red.) olmazdı. Türkiyə və Britaniyanın Aİ-yə daxil olduğu bir durum olsaydı, bu gün Avropanın təhlükəsizlik problemlərindən danışmazdıq. Bu, Aİ-nin qərar verməli olduğu mexanizmdir. Yəni qarşıdakı dövrdə strategiya ilə hərəkət edəcəksiniz, yoxsa ictimai təzyiq altında qısamüddətli hesablamalar aparacaqsınız? Türkiyə bu gün Aİ-də olsaydı, radikal sağçıların yüksəlişindən danışmazdıq. Amma reallıq o qədər də idealist deyil”, - xarici işlər naziri vurğulayıb.