
BAKI, 14 aprel. TELEQRAF
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair yeni saziş imzalamağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qeyd edilir ki, sənəd mayın 19-da keçiriləcək Aİ–Britaniya sammitində rəsmi şəkildə imzalanacaq.
Məlumata görə, bu addım ABŞ Prezidenti Donald Trampın NATO üzvlərinə hərbi dəstəyi azaltmaqla bağlı verdiyi təhdidlər fonunda atılır. Trampın Rusiya ilə əməkdaşlıq təklifləri Avropada narahatlıq yaradıb. Bu səbəbdən Avropa ölkələri birlikdə müdafiə sahəsində öz güclərini artırmaq qərarına gəliblər.
Yeni saziş Britaniyanın Aİ ilə birlikdə müdafiə və təhlükəsizlik layihələrində, o cümlədən silah alışı və texnologiya sahəsində əməkdaşlıq etməsinə imkan verəcək. Bu, həmçinin Britaniya şirkətlərinə Aİ-nin hərbi layihələrində iştirak etməyə şərait yaradacaq.