BAKI, 9 aprel. TELEQRAF

ABŞ Avropadakı vəziyyəti diqqətlə izləyir, amma mümkün NATO-Rusiya münaqişəsinə qarışmaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri Stiven Bannon deyib.

Bannon Avropa ölkələrinin hərbi xərclərə etinasız münasibətinə də diqqət çəkib. O vurğulayıb ki, qitənin bir çox liderləri ölkələrinin üzləşdiyi iqtisadi problemlərin dərinliyini dərk etmirlər.

Bannon nümunə olaraq Böyük Britaniya Baş naziri Kir Starmerin Ukraynaya 30 min hərbçi göndərilməsi barədə təklifini tənqid edərək, bunu “populist addım” adlandırıb.