
BAKI, 7 aprel. TELEQRAF
Türkiyənin İstanbul şəhər bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun həbsinə etiraz olunub.
Teleqraf xəbər verir ki, bələdiyyə sədrinin vəkilləri İstanbul 10-cu Sülh Cəza Məhkəməsinə etiraz ərizəsi təqdim ediblər.
Vəkillər işin yenidən araşdırılması və Əkrəm İmamoğlunun sərbəst buraxılması tələbini irəli sürüblər.
Xatırladaq ki, Əkrəm İmamoğlu martın 23-də korrupsiya ittihamı ilə həbs olunub.