BAKI, 7 aprel. TELEQRAF

Rusiya Ukrayna qoşunlarının Belqorod və Bryansk vilayətlərinə hücumunu dayandırmaq üçün bölgələrdəki körpüləri və bəndləri partlatmağa məcburdur.

Teleqraf xəbər verir ki, bunu Ukrayna ordusunun “Aydar” batalyonunun keçmiş komandiri, ekspert Yevgeni Dikiy deyib.

“Hərbçilər bildirirlər ki, Bryanskda körpüləri və bəndləri partlatmaq üçün hazırlıq gedir. Bu, təsadüfən baş vermir, bizi dayandırmaq üçün bunu etməyə məcburdurlar, çarəsizlikdən edilir. Düşməni hərbi texnika ilə dayandırmaq mümkün olmayanda, bu üsullardan istifadə olunur”, - keçmiş komandir bildirib.

Dikiy xatırladıb ki, Ukrayna bu taktikadan müharibənin əvvəlində İrpen yaxınlığındakı bəndi partladaraq istifadə edib:

“Düşmənin Kiyevə girəcəyi ehtimalı vardı, o zaman bəndi partlatmaq əmrini verənlər paytaxtı xilas elədilər”.