BAKI, 23 mart. TELEQRAF

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini Fəti Yıldız İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra açıqlama verib.

Teleqraf xəbər verir ki, o, bəzi siyasi partiyaların istintaq və məhkəmə proseslərinə etirazlarının yersiz olduğunu deyib.

“Həbs - şübhəli və ya təqsirləndirilən şəxsin məhkəmə prosesinin etibarlılığını və maddi sübutları heç bir şübhə doğurmadan üzə çıxarılması üçün ehtiyat tədbiri kimi azadlığın məhdudlaşdırılmasıdır.

Cinayətdə güclü şübhə və konkret sübutların olması həbs üçün əsasdır. Bəzi siyasi partiyalar şüursuz şəkildə buna qarşı çıxırlar, amma məhkəmə islahatları ilə həbslər üçün şaquli etiraz üsulu tətbiq olunur”, - Yıldız bildirib.