
BAKI, 23 mart. TELEQRAF
İstanbul şəhər bələdiyyəsi sədri Əkrəm İmamoğlunun müşaviri, bələdiyyənin “Media” Agentliyi İdarə Heyətinin sədri Murat Onqun həbs edilib.
Teleqraf xəbər verir ki, Murat Onqunla yanaşı, 5 nəfər barəsində də həbs qərarı verilib.
***
10:34
Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı korrupsiya ittihamı ilə açılmış cinayət işində üç nəfər həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Həbs edilənlər bələdiyyənin İstanbul Planlaşdırma Agentliyinin rəhbəri Buğra Göyçe, “İmamoğlu İnşaat” şirkətinin baş direktoru Tuncay Yılmaz, Murat Abbas, Alper Aydın, Eyüp Subaşı, Kamil Timur Sarıbaş, Mete Sarısaltuk, Ali İlbak, Adem Tuncay, Ali Nuhoğlu, Ahmet Köksal, Hakan Karanis, Tuncay Yılmaz, eləcə də istintaq çərçivəsində əsas diqqətdə olanlardan biri Sərdar Haydanlıdır.
Xatırladaq ki, terror və korrupsiya ittihamları çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu və 89 şübhəli bundan əvvəl məhkəmədə dindirilib.