
BAKI, 23 mart. TELEQRAF
Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı terror və korrupsiya araşdırmasında saxlanılan müğənni Ercan Saatçi sərbəst buraxılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.
Prodüser kimi də fəaliyyət göstərən müğənninin İstanbul bələdiyyəsinin təşkil etdiyi konsertlərdə iştirakına görə saxlanılmışdı. İstanbul Baş Prokurorluğu həmin konsertlərdə korrupsiyaya yol verildiyini ehtimal edir.
Həmçinin sərbəst buraxılanlar arasında bələdiyyə baş katibinin müavini Camal Ufuk Karakaya, bələdiyyənin Şəhər Dizayn şöbəsinin müdiri Bayram Taşkın, Canan Münüplü, Birsen Şahin, bələdiyyənin “Media” Agentliyi İdarə Heyətinin sədr müavini Vahit Doğan da var.
Xatırladaq ki, terror və korrupsiya ittihamları çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu və 89 şübhəli bundan əvvəl məhkəmədə dindirilib. Yaxın saatlarda hökmün elan olunacağı gözlənilir.