BAKI, 22 mart. TELEQRAF

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin “Media” Agentliyinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elif Güven hava limanında ölkəyə daxil olmaq istəyərkən saxlanılıb.

Teleqraf xəbər verir ki, istintaq çərçivəsində saxlanılanların sayı 91-ə çatıb.

Xatırladaq ki, bələdiyyə sədri Əkrəm İmamoğlu və bu qurumun 100-dən çox əməkdaşına terror təşkilatlarına yardım və korrupsiya ittihamı ilə cinayət işi açılıb. İstintaq davam edir.