
BAKI, 22 mart. TELEQRAF
Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun terror təşkilatına yardım ittihamı üzrə ifadə prosesi başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Dindirilmə Terrorla Mübarizə İdarəsində aparılır.
Bələdiyyə sədri bundan əvvəl korrupsiya ittihamı üzrə Maliyyə Cinayətləri İdarəsində dindirilmişdi.
Xatırladaq ki, Əkrəm İmamoğlu PKK terror təşkilatına yardım və korrupsiyada ittiham olunur.