
BAKI, 20 mart. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İstanbul şəhər bələdiyyəsinə qarşı aparılan istintaqla bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, AKP rəsmisi məhkəmə prosesinə müdaxilə etmədiklərini deyib.
“Dosye haqqında məlumatımız yoxdur. Siyasətçinin etməli olduğu şey məhkəmə prosesini izləməkdir. Heç birimizin məhkəmə prosesi ilə bağlı şərhində etibarlılıq yoxdur.
Özgür Özəl söyləyir ki, bu, prezidentimiz (Rəcəb Tayyib Ərdoğan) və AKP tərəfindən CHP-yə qarşı çevrilişdir. CHP-nin siyasətin harada dayanmalı olduğunu öyrənmək qabiliyyətinin olmadığı göründü. Hətta süni intellekt CHP-nin irəli sürdüyü iddialardan daha yaxşı arqumentlər irəli sürə bilər. Süni intellektin CHP-yə öyrədəcəyi çox şey var. Süni intellekt onlardan daha keyfiyyətli şərh verə bilər”, - Çelik bildirib.
Xatırladaq ki, Türkiyənin hüquq-mühafizə orqanları dünən İstanbul bələdiyyəsində əməliyyat keçirib. Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyənin 100 əməkdaşı saxlanılıb. Onlar terror təşkilatına yardım və rüşvətxorluqda ittiham edilir.