
BAKI, 20 mart. TELEQRAF
Dünən saxlanılan İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, onun müşaviri Murat Onqun, Bəylikdüzü bələdiyyəsinin sədri Murat Çalık, Şişli bələdiyyəsinin sədri Rəsul Əmrah Şahan və müğənni Ercan Saatçinin də aralarında olduğu 87 şübhəlinin polis idarəsində dindirilmə prosedurlarına başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda deyilir ki, hüquq mühafizə orqanlarının daha 19 şübhəlini tutmaq üçün işləri davam edir.
İstanbul Baş Prokurorluğu tərəfindən İmamoğlu və digər şübhəlilər barəsində “cinayətkar dəstənin lideri olmaq”, “cinayətkar dəstənin üzvü olmaq”, “mənimsəmə”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderlərdə saxtakarlıq etmək”, “terror təşkilatına yardım və sığınacaq vermək” və digər ittihamlar üzrə istintaq başladılıb.