BAKI, 20 mart. TELEQRAF

Türkiyənin paytaxtı Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş barəsində istintaq başlayacağı iddia edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mansur Yavaş barəsində yayılan iddiaya belə cavab verib:

“Mənə qarşı 109 şikayət olub, bunlardan 101-i müfəttişlər tərəfindən bağlanıb. Qalan şikayətlər də bağlanacaq. Hazırda mənə qarşı heç bir istintaq aparılmır, hər kəs mənim bank hesablarımı yoxlaya bilər, lazım gələrsə, açıqlayacam”.

Xatırladaq ki, Türkiyənin hüquq-mühafizə orqanları dünən İstanbul bələdiyyəsində əməliyyat keçirib. Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyənin 100 əməkdaşı saxlanılıb. Onlar terror təşkilatına yardım və rüşvətxorluqda ittiham edilir.