
BAKI, 20 mart. TELEQRAF
İstanbul Baş Prokurorluğunun apardığı mütəşəkkil cinayətlərlə bağlı istintaqda şübhəli bilinənlərdən Ali Nuhoğlunun evində 40 milyon lirə ilə yaxalandığı bildirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Hürriyet” qəzeti məlumat yayıb.
Nuhoğlu hər 50 milyon lirəlik 3 villanın 15 milyon lirəyə İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğluna verməsi ilə gündəmə gəlmişdi.
Özünü İstanbul bələdiyyəsi sədrinin müşaviri və Əkrəm İmamoğlunun sözçüsü Murat Onqunun köməkçisi kimi təqdim edən və istintaq çərçivəsində axtarışda olan Emrah Bağdatlının da iki həftə əvvəl xaricə (ABŞ) qaçdığı üzə çıxıb.
Bağdatlının 2022-2024-cü illərdə qurduğu şirkətlərin İstanbul bələdiyyəsi vasitəsilə 60-dan çox tender qazandığı müəyyən edilib.
Bu arada, Əkrəm İmamoğlunun da aralarında olduğu 7 şübhəlidən 4-nün İstanbul Baş Prokurorluğunun PKK/KCK terror təşkilatına yardım ittihamı ilə başlatdığı istintaq çərçivəsində saxlandığı, 3 şübhəlinin isə qaçdığı açıqlanıb.
Mütəşəkkil cinayətlə bağlı aparılan istintaqda 83 şübhəlinin saxlanıldığı, qaçan 10 şübhəlidən 7-nin xaricdə olduğu bildirilib.
İstintaq davam edir.