
BAKI, 15 mart. TELEQRAF
Əgər Ukrayna NATO-ya qəbul edilmirsə, o zaman nüvə silahına malik olmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib.
Qonçarenko NATO baş katibi Mark Ruttenin Ukraynanın alyansa üzvlüyünün artıq nəzərdən keçirilmədiyi barədə açıqlamasına belə reaksiya verib:
“Ya NATO, ya da nüvə silahımız olmalıdır. NATO-muz yoxdur, ona görə də nüvə silahımız yoxdur. Başqa variant istisnadır”.