
BAKI, 14 mart. TELEQRAF
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində yerləşən bölmələrindən yan keçmək üçün Sumı vilayətində sərhədi yarmağa çalışırlar, amma onlar məhv edilirlər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko məlumat verib.
Onun sözlərinə görə, Rusiya ordusunun hücum qrupları sərhədi keçərək, Ukrayna ərazisinə daxil olmaq və Sumı vilayətinin dərinliyinə doğru irəliyə cəhd göstərirlər.
“İşğalçılar mövqelərini gücləndirmək və döyüş imkanlarını artırmaq üçün dərinliyə nüfuz etmək istəyirlər. Amma bu qruplalar hardasa gizlənsələr belə, FPV pilotsuz təyyarələrinin, artilleriyasının köməyi ilə əsgərlərimiz tərəfindən məhv edilir. Düşmən öz əsgərlərini amansızlıqla “ətçəkən maşın”a atır”, - Demçenko bildirib.