.jpg)
BAKI, 14 mart. TELEQRAF
"Ukraynada atəşkəs Rusiya Federasiyasının tələbləri nəzərə alınmaqla təmin edilməlidir".
Teleqraf xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) Slovakiyadan olan üzvü Luboş Blaqa öz "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya döyüş meydanında qalib gəldiyi üçün danışıqların nəticəsi də Kremlin maraqlarına uyğun olmalıdır: "Rusiya ilə bu barədə normal danışıqlar aparılmadan sülh olmayacaq. Atəşkəs əldə olunacaqsa, bu, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın sayəsində mümkün olacaq”, - deputat bildirib.