BAKI, 13 mart. TELEQRAF

Rusiya qoşunları Kursk vilayətində hücumlarını davam etdirir və Suca şəhərini ələ keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Martın 12-nə olan geolokasiya görüntüləri göstərir ki, Rusiya qüvvələri Sucanı ələ keçirərək Zaoleşenka qəsəbəsinin cənub hissəsinə doğru irəliləyiblər.

Həmçinin Ukrayna hərbi kəşfiyyatına bağlı mənbə bildirib ki, Ukrayna qüvvələri Sucadan geri çəkilməyə başlayıb.

Bundan əlavə, hesabatda qeyd olunur ki, rus qoşunları Sumı vilayətində (Ukrayna) beynəlxalq sərhədi keçiblər.