
BAKI, 3 mart. TELEQRAF
Böyük Britaniya Fransa Prezidenti Emmanuel Makronun Rusiya və Ukrayna arasında hava, dəniz və enerji sahələrində atəşkəs təklifi ilə razılaşmayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
"Ölkələr arasındakı fikir ayrılığı London sammitində açıq-aşkar görünüb. O vaxt aparıcı Avropa dövlətləri, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdəki skandal görüşündən sonra birliyi nümayiş etdirmək və ortaq fəaliyyət planı hazırlamaq üçün çalışırdılar",- məlumatda deyilir.
Qeyd edək ki, martın 2-də Londonda Avropa ölkələri tərəfindən Ukraynada sülhün təmin olunması üçün toplantı keçirilib.
Tədbirə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, NATO-nun baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski də qatılıblar.
Türkiyəni isə xarici işlər naziri Hakan Fidan təmsil edib.