BAKI, 27 fevral. TELEQRAF

Avropa təhlükəsizlik arxitekturasında islahatlar aparmaq istəyirsə, bunu Türkiyəsiz etməməlidir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“NATO olmadan Avropanın təhlükəsizlik arxitekturasının necə formalaşacağı ilə bağlı müzakirələr gedir. Avropanın təhlükəsizlik arxitekturası Türkiyəsiz real olmayacaq”, - nazir vurğulayıb.

Hakan Fidan qeyd edib ki, Türkiyə kimi güclü ölkə olmadan Avropa təhlükəsizlik bloku güclü olmayacaq.