BAKI, 21 fevral. TELEQRAF

ABŞ faktiki olaraq Avropaya ultimatum verərək, ona Ukraynanın təslim olması şərtləri ilə razılaşmaq üçün üç həftə vaxt verib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Parlamentinin finlandiyalı deputatı, qurumun Xarici Əlaqələr Komitəsinin üzvü Mika Atola bildirib.

“ABŞ bizə Ukraynanın təslim olmasının şərtlərini razılaşdırmaq üçün üç həftə vaxt verdi”, - deputat deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı bunu etməsə, ABŞ qoşunlarını Avropadan çıxaracaq.

“Tramp Rusiyanın indi və gələcəkdə təhlükəsizlik problemlərini prioritet hesab edir”, - Atola vurğulayıb.