BAKI, 19 fevral. TELEQRAF

Ukrayna münaqişənin həlli üçün danışıqlar masasına oturmaq istəyirsə, seçkilərə getməlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Amerika prezidenti ukraynalı həmkarı Vlolodimir Zelenskinin artıq o qədər də populyar olmadığını bildirib:

“Elə bir vəziyyətlə üzləşmişik ki, son illərdə Ukraynada heç bir seçki keçirilməyib, Ukraynada hərbi vəziyyət hökm sürür. Ukrayna lideri haradadır? Demək istəmirəm, amma onun reytinqi 4 faizə qədər aşağı düşüb, ölkə bərbad vəziyyətdədir, şəhərlərin çoxu dağıdılıb. Binalar dağılır. Ora sökülən nəhəng platformaya bənzəyir”.

Mənim fikrimcə, onlar masa arxasında oturmaq istəyəndə Ukrayna xalqı soruşmamalıdırmı ki, niyə bizdə çoxdandır seçkilər keçirilmir?”

Trampın Ukrayna xalqı bunu ona görə söyləmir ki, Rusiya hakimiyyəti məsələni bu cür qoyub: “Amma mən və bir çox başqa ölkələr bunu deyirlər”.

Ən son rəsmi məlumata görə, 2024-cü ilin sentyabr ayında “Razumkov” Mərkəzinin keçirdiyi sorğuda respondentlərin 51,2 faizi Prezident Zelenskiyə güvəndiyini, 41,5 faizi isə ona etibar etmədiyini bildirib. Bu, əvvəlki aylara nisbətən müəyyən enişi göstərsə də, Trampın iddia etdiyi kimi 4 faiz səviyyəsində deyil.