.jpg)
BAKI, 18 fevral. TELEQRAF
Artıq ABŞ Avropa İttifaqının (Aİ) düşmənidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-Rusiya təmaslarını “Financial Times”a şərh edən Aİ rəsmisi deyib.
“Artıq aydındır ki, Avropa meydanda təkdir”, - rəsmi bildirib.
Aİ-nin ABŞ-ni düşmən kimi görüb-görmədiyi barədə soruşulduqda mənbə qeyd edib:
“Bəli, ABŞ-ni düşmən kimi görürük”.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ nümayəndələri arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar aparılıb. Görüş Aİ ölkələri və Ukrayna tərəfindən sərt etirazlarla qarşılanıb.