BAKI, 18 fevral. TELEQRAF

Ukraynadakı münaqişənin həlli üçün bütün tərəflər güzəştə getməlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi bildirib ki, münaqişə həll olunarsa, Qərb ölkələri anti-Rusiya sanksiyalarını ləğv etməli olacaqlar:

“Bütün bunlar bu münaqişənin nəticəsidir. Münaqişə nəticəsində tətbiq edilən sanksiyalar mövcuddur. İstənilən münaqişəyə son qoymaq üçün bütün tərəflərin güzəştə getməsi lazımdır”.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ nümayəndələri arasında əlaqələrin bərpası və Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlar aparılıb.