BAKI, 18 fevral. TELEQRAF

Rusiya artıq Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünün Moskva üçün qəbuledilməz olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qəbuledilməzdir. Bu, təhlükəsizliyimizə ciddi təhdidlər yaradır və bütün Avropa üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”, - diplomat bildirib.