
BAKI, 18 fevral. TELEQRAF
ABŞ bu addımı atsa belə, Avropa İttifaqı (Aİ) Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı sanksiyaları ləğv etmək fikrində deyil.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının komissarı Valdis Dombrovskis deyib.
Qurum rəsmisi bildirib ki, Brüssel Donald Tramp administrasiyasının qərarlarından asılı olmayan sanksiyalar siyasətini həyata keçirəcək.
“ABŞ-nin yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ sanksiyalar siyasəti də daxil olmaqla, öz təhlükəsizliyi ilə bağlı məsələləri əlinə almalıdır. Hazırda 16-cı paket üzərində iş gedir”, - Dombrovskis vurğulayıb.