BAKI, 18 fevral. TELEQRAF

Ukraynanın bir çox cəhətdən süni şəkildə yaradılmış dövlətdir.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

“Ukraynanın bir çox cəhətdən süni şəkildə yaradılmasına baxmayaraq, SSRİ-nin dağılmasından sonra Rusiya onun suverenliyinə hörmətlə yanaşır və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün hər şeyi edirdi. Qərb Ukraynanı özünün protektoratına çevirdi, bu, anti-Rusiya təcavüzü hazırlamaq üçün tramplin oldu. Bu yanaşma Ukraynanın dövlətçiliyini o qədər sarsıtdı ki, xaricdən dəstəkdən asılı vəziyyətə düşdü”, - Rusiya rəsmisi bildirib.

Patruşev Prezident Volodimir Zelenskinin legitim olmadığını iddia edib.

Onun sözlərinə görə, ABŞ və İngiltərənin Kiyevi gücləndirməkdə məqsədləri Ukraynanın nadir torpaq metalları, neft-qaz, kömür və münbit torpaqlarına maneəsiz çıxış əldə etməkdir.