BAKI, 17 fevral. TELEQRAF

Vaşinqtonla Moskva arasında aparılan danışıqlardan sonra Ukraynada təmas xəttində atəşkəs təmin olunacaq və işğaldakı ərazilər faktiki sahiblərində qalacaq.

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzetindəki məqalədə qeyd olunur.

Qəzetin məlumatına görə, tərəflər ərazi mübahisələrini 10-15 il ərzində diplomatik yollarla həll edə bilərlər.

Nəşr həmçinin cəbhə xəttində sülhü qorumaq naminə həm Rusiya, həm də Ukrayna üçün məqbul olan ölkələrdən 7500 nəfərlik kiçik qüvvənin yerləşdirilməsini mümkün sayır.

Nəşr hesab edir ki, xarici qoşunlar təmas xəttində müvəqqəti yerləşdiriləcək.