BAKI, 28 sentyabr. TELEQRAF

Rusiyanın “Mərkəz” və “Şimal” qoşun qruplarının keçmiş komandanı, Çeçenistan rəhbəri Ramzan Kadırrov tərəfindən dəfələrlə tənqid olunan general-polkovnik Aleksandr Lapin Tatarıstan Respublikası baş nazirinin müavini təyin edilib.

Teleqraf xəbər verir ki, Rusiya regionunun rəisi Rüstəm Minnixanov Dövlət Şurasına illik müraciəti zamanı təyinatı elan edib.

Minnixanov bildirib ki, general Tatarıstanda yeni vəzifəsində “xüsusi hərbi əməliyyat” (Ukraynadakı müharibənin - red.) iştirakçılarına dəstək məsələlərinə kuratorluq edəcək. Tatarıstan hökumətinin tərkibində bu məqsədlə ayrıca bölmə yaradılıb.

Hazırda Tatarıstan baş nazirinin doqquz müavini var, Lapin onuncu olub.

Kadırov həmişə Lapinin cəbhədə qəbul etdiyi qərarlara şübhə edib. Məsələn, Çeçenistan lideri 2022-ci ilin oktyabrında generalı qoşunları Liman şəhərindən çıxarılmasında ittiham edib. Kadırov iddia edib ki, bu istiqamətin müdafiəsinə rəhbərlik edən Lapin sərhədlərdə Luqanskdan səfərbər edilmiş şəxsi heyəti yerləşdirib və onları rabitə vasitələri və kifayət qədər sursatla təmin etməyib.