BAKI, 25 oktyabr. TELEQRAF
Ukraynanın Xarkov şəhərində “Episentr” ticarət mərkəzinə və müxtəlif anbar komplekslərinə zərbələr endirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Hücum nəticəsində 3-ü xilasedici olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb. Qurumun məlumatına görə, zərbələr şəhərin Osnovyanski rayonundakı ticarət mərkəzinə və İndustrialnı rayonundakı müəssisəyə dəyib.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Xarkova endirilən zərbələr nəticəsində “Episentr” logistika mərkəzi, paylayıcı mərkəz və “Vasışçevo” logistika terminalı vurulub.