BAKI, 25 avqust. TELEQRAF

Yaponiya, ABŞ və Avstraliya silahlı qüvvələri sentyabr ayında “Orient Shield” adlı birgə hərbi təlimlər keçirəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Özünümüdafiə Qüvvələrinin komandanlığı məlumat yayıb.

Təlimlər 8-24 sentyabr tarixlərində Yaponiyanın müxtəlif bölgələrində keçiriləcək.

ABŞ-nin bundan əvvəl Yaponiyada yerləşdirdiyi ortamənzilli “Typhon” raket komplekslərinin məşqlərə cəlb olunacağı gözlənilir.

Təlimlər çərçivəsində atışlar, desantın endirilməsi və hərbi qüvvələrin daşınması üzrə məşqlər keçiriləcək. Təlimlərdə üç ölkədən təxminən 3 700 hərbçinin iştirakı gözlənilir ki, bu da Yaponiya, ABŞ və Avstraliyanın üçtərəfli təlimləri üçün rekord göstərici olacaq.