BAKI, 25 avqust. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Nümayəndələr Palatasının üzvləri Ceyson Smit, Qreq Merfi, Ronni Cekson və Edvard Keysdən ibarət nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Həmçinin regional və beynəlxalq əhəmiyyətli aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda qarşılıqlı işgüzar səfərlərin təşkili barədə razılıq əldə edilib.