BAKI, 18 avqust. TELEQRAF

Qazaxıstanda ilk süni intellekt universiteti sentyabrın 1-də açılacaq.

Teleqraf xəbər verir ki, Qazaxıstan Süni İntellekt Tədqiqatlar Universiteti yeni tədris ilində təxminən 600 tələbə hazırlamağa başlayacaq.

Təhsil prosesi süni intellekt modellərinə əsaslanacaq.

Bakalavr proqramına 400 tələbə qəbul olunacaq, onlardan 308-i dövlət qrantı alacaq. Daha 100 nəfər isə süni intellekt üzrə ixtisaslaşacaq magistr proqramına qəbul olunacaq.