BAKI, 13 avqust. TELEQRAF

“Ruslar qalib gəlmək üçün əllərindən gələni edirlər, çünki bu, onların qanındadır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri İturup adasına (Kuril arxipelaqı) səfəri zamanı Saxalin vilayətinin qubernatoru Valeri Limarenko ilə işgüzar görüş keçirib. Limarenko qeyd edib ki, hətta ən ucqar ərazilərdə belə sakinlərlə görüşlərdə xalq hər şeyin qələbə üçün olduğunu deyir.

Putin ona cavabında bildirib: “Xalqımız belədir - qalibin genetik kodu”.