BAKI, 29 iyul. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə işgüzar səfər çərçivəsində bu ölkəyə gəlib.
Teleqraf xəbər verir ki, Astana hava limanında dövlət başçısını Qazaxıstan Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər proqramına əsasən, Şavkat Mirziyoyev “Gələcəyin Oyunları” beynəlxalq multiidman yarışlarının təntənəli açılış mərasimində iştirak edəcək.