BAKI, 30 iyun. TELEQRAF

Bu gün Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya Prezidentinin 2026-cı ilin may ayında Qazaxıstana etdiyi dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar çərçivəsində ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Dialoq zamanı iki ölkə arasındakı hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi diqqət mərkəzində olub.

Liderlər ticarət-iqtisadi və enerji sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə xüsusi önəm veriblər.

Beynəlxalq və regional gündəliyin müzakirəsi zamanı isə Kasım-Jomart Tokayev Brüsselə etdiyi son səfərinin nəticələri barədə təəssüratlarını rusiyalı həmkarı ilə bölüşüb.