BAKI, 30 iyun. TELEQRAF
Qırğızıstanın xarici işlər naziri Jenbek Kulubayev iyulun 1-də Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində iki ölkənin xarici işlər nazirləri səviyyəsində Birgə Strateji Planlaşdırma Qrupunun 7-ci iclası keçiriləcək.
Jenbek Kulubayevin Türkiyə xarici işlər naziri Hakan Fidanla ayrıca görüşü də nəzərdə tutulub.