BAKI, 29 iyun. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.
Prezident Xalq Məsləhətinin Sədrini ad günü münasibətilə təbrik edərək, Türkmənistanın rifahı naminə məsuliyyətli dövlət xidmətində ona uğurlar arzulayəb.
Kasım-Jomart Tokayev qeyd edib ki, Qurbanqulu Berdiməhəmmədov Qazaxıstan və Türkmənistan arasında əsrlər boyu davam edən dostluğa, mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verib.
Söhbət zamanı tərəflər Qazaxıstan-Türkmənistan münasibətlərinin yüksək səviyyəsinə diqqət yetirib, ikitərəfli gündəlikdəki cari məsələləri və qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər.