BAKI, 29 iyun. TELEQRAF
Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Astanada Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə gürcü nazir sosial mediada məlumat verib.
“Bu gün Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Qazaxıstana səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyanat imzalanacaq. Bu sənəd Gürcüstan və Qazaxıstan arasında illərdir davam edən sıx əməkdaşlığın məntiqi davamı olmaqla yanaşı, münasibətlərimizi yeni mərhələyə yüksəldəcək”, - Boçorişvili qeyd edib.