BAKI, 26 iyun. TELEQRAF
MDB İqtisadi Şurasının növbəti iclası sentyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə MDB baş katibi Sergey Lebedev məlumat verib.
Qeyd edək ki, MDB İqtisadi Şurası birlik daxilində qəbul edilmiş sazişlərin, eləcə də Dövlət Başçıları Şurasının və Hökumət Başçıları Şurasının azad ticarət zonasının yaradılması və fəaliyyəti və digər sosial-iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı qərarlarının həyata keçirilməsindən məsul əsas icra orqanıdır. İqtisadi Şura birlik ölkələrinin hökumət başçılarının müavinlərindən ibarətdir. İclaslar zərurət yarandıqda, amma rübdə ən azı bir dəfə keçirilir.