BAKI, 12 iyun. TELEQRAF
Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov Əfqanıstan Ticarət və İnvestisiya Palatasının rəhbəri Məhəmməd Kərim Haşimi ilə görüşüb.
Teleqraf xəbər verir ki, danışıqlar zamanı tranzit və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında yükdaşımaların artırılması və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər Özbəkistan və Əfqanıstanın mövcud tranzit imkanlarından tam istifadə, yükdaşıma proseslərinin sürətləndirilməsi və logistika infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusilə, Əfqanıstan və Özbəkistan arasında yüklərin sürətli çatdırılması, anbar infrastrukturunun təkmilləşdirilməsi, Hayraton və Naybobod stansiyalarına aparan əlavə dəmir yolu xətlərinin tikintisi məsələləri nəzərdən keçirilib.
Görüşdə Özbəkistan ərazisindən Əfqanıstan yüklərinin tranzit həcminin artırılması və Çin limanlarından və Bəsrə körfəzi ölkələrindən Özbəkistan nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımaların sadələşdirilməsi imkanlarına da toxunulub.